CyberSTAR Yardım Masası

KİMƏ kömək edirik?

Ödənişsiz texniki dəstək aşağıdakı şəxslərə göstərilir:

  • Fəallara
  • QHT-lərə
  • İnsan hüquqları müdafiəçilərinə
  • Risk altında olan insan hüquqları təşkilatlarına
  • Müstəqil media və mediaya dəstək təşkilatlarına
  • Jurnalistlərə
  • LGBTQIA+ qruplarına
  • Qadınlara
  • Gənclərə

NECƏ kömək edirik?

Biz fərdlər və qrupları rəqəmsal dünyada təhlükəsiz qalmaları üçün gücləndiririk. Bunun üçün biz texniki dəstək, mütəxəssis məsləhəti və seçilmiş mənbələr kimi xidmətlər göstəririk. Probleminizi sadəcə həll etmək əvəzinə, sizi problemin həlli üçün lazım olan bilik və alətlərlə təchiz etmək niyyətindəyik.

Məlumatlarınızın pozulması və ya hesabınızın oğurlanması kimi fövqəladə hallarda da dəstək göstəririk.

HARADA işləyirik?

Biz ilk növbədə Mərkəzi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyadakı şəxslərə və təşkilatlara kömək göstəririk. İstisna hallarda digər ölkələrdəki şəxs və təşkilatlara da texniki dəstək göstərə bilərik.

Bizim mütəxəssislərimiz ingilis və rus dillərində danışırlar. Həmçinin, əgər siz Azərbaycan, gürcü, rumın, tacik və ya özbək dilində danışırsınızsa, sizə kömək edə bilərik. Əgər sizə ərəb dilində danışan mütəxəssislərin köməyi lazımdırsa, biz sizi ərəb dilində danışan ixtisaslaşmış mütəxəssislərlə əlaqələndirə bilərik.

Bizim İŞ SAATLARIMIZ və GÖSTƏRƏCƏYİMİZ KÖMƏYİN SÜRƏTİ

Siz bizə hər hansı sual və köməklə bağlı istənilən gün və saatda müraciət edə bilərsiniz. Sual və mesajların əksəriyyətini 24 saat içərisində cavablandırırıq. Əgər siz yuxarıda qeyd edilən şəxs və ya təşkilat qruplarından hansınasa aidsinizsə, sorğunu aldığımız andan 48 saat içərisində sizə lazım olan texniki yardımı göstərmək üçün əlimizdən gələni edəcəyik. Sizə göstəriləcək köməyin sürəti adətən istənilən dəstəyin texniki çətinliyindən və mütəxəssislərin movcudluğundan asılıdır.

Bəzi hallarda biz sizin sorğunuzu ödənişsiz kömək göstərəcək başqa təşkilata yönləndirə bilərik.

Bizimlə əlaqə

Adi və ya şifrələnmiş elektron poçt ünvanımız: [email protected]
PGP açıq açarı: 0x48DBF4C54E029DF5-pub
PGP açarının barmaq izi: 4B62 67F0 D337 20F2 3C59 3A2C 48DB F4C5 4E02 9DF5
Signal / Whatsapp: +44 7421012110