WhatsApp-da özü yox olan mesajları necə göndərməli

An illustration of two people holding their phones up in the air with Whatsapp logo and a timer icon in between.

WhatsApp, ümumiyyətlə, başdan sona şifrələmə təklif edən çox təhlükəsiz mesajlaşma tətbiqidir. Ümumilikdə, o, Signal və ya Wire kimi mesencerlərə nisbətən istifadəçi məxfiliyinə daha az köklənib. WhatsApp şifrələnmiş mesajlarınıza daxil ola bilməsə də, sizin haqqınızda çoxlu metaməlumat (mesajlarınızın kimə, nə zaman və haradan göndərilməsi), həmçinin kontaktlarınız və cihazınız haqqında məlumat toplayır. WhatsApp bu məlumatı ana şirkəti olan Facebook ilə paylaşır. Facebook da öz növbəsində bu məlumatları kommersiya məqsədləri üçün istifadə edir və partnyorları ilə bölüşür. Məlumat sızması nəticəsində bütün həssas məlumatlar riskə məruz qala bilər.

Bütün bu risklərə baxmayaraq, WhatsApp istifadə etməyi seçsəniz, tətbiq başdan sona şifrələnən etibarlı və təhlükəsiz mesajlaşma platforması təklif edir. Mesajların avtomatik yox olmasını təyin etməklə və alıcı tərəfindən görünən kimi yoxa çıxan foto və videoları paylaşmaqla, siz söhbətlərinizi və tətbiqdə paylaşdığınız faylları daha yaxşı qoruya bilərsiniz.

Mesajları yox olmağa təyin edin

Fərdi çatda mesajları yeddi gündən sonra yox olmağa təyin edə bilərsiniz. Bu funksiyanı aktivləşdirsəniz, WhatsApp telefonunuzdan çatları göndərildikləri gündən yeddi gün sonra siləcək. Təəssüf ki, yeddi gün variantı hal-hazırda WhatsApp tərəfindən verilən yeganə seçimdir.

Fərdi WhatsApp çatında yox olan mesajları aktivləşdirmək üçün çatı açın və kontaktın adını basın. Aşağı diyirlənin və Yox olan mesajlar seçin. Lazım gələrsə, seçimi təsdiqləmək üçün Davam et basın.

Selecting a friend and then scrolling down to find Disappearing Messages under Contact Info in Whatsapp.

Disappearing Messages option under Contact Info in Whatsapp.

On seçin. Yox olan mesajları aktivləşdirən zaman çatda bildiriş görəcəksiniz. Həmçinin kontaktın profil şəkli üzərində saat ikonası görünəcəkdir.

Enabling Disappearing Messages in Whatsapp.

Yadda saxlayın ki, mesajların yox olması, bu parametr aktiv edilməzdən əvvəl göndərilən mesajlara tətbiq edilmir. Yadda saxlamaq lazımdır ki, mesajların yox olması söhbətləşdiyiniz şəxsin onları başqalarına yönləndirməsinin və ya onların ekran görüntüsünün şəklini çəkməsinin və ya media faylları yaddaşda saxlamasının qarşısını almır.

“Bir dəfə görüntülə” funskiyasından istifadə edin

“Bir dəfə görüntülə” funksiyası foto və videolar baxıldıqdan sonra onların yox olmasına imkan verir. Bu xüsusiyyət sizə media fayllarını müntəzəm şəkildə göndərdiyiniz zaman məxfiliyinizə daha çox nəzarət etmək imkanı verir. Qəbul edən tərəf media faylı açdıqdan sonra, ondan uzaqlaşan kimi fayl yox olur. Əgər qəbul edən tərəf faylı açmazsa, onun vaxtı iki həftəyə bitir və yox olur.

İlkin baxış gizlədiləndə və iri “1” simvolu görünəndə faylın “bir dəfə görüntülə” faylı olduğu məlum olur. “Bir dəfə görüntülə” media faylları paylaşıla və ya cihazda saxlanıla bilməz.

“Bir dəfə görüntülə” faylını göndərmək üçün fərdi və ya qrup çatını açın və Qoş(iPhone-da +və ya Androiddə ştapel simvolu) üzərindən basın. Cihazınızdakı mövcud foto və ya videonu seçin. Alternativ olaraq, Kamera basıb cihazınızda saxlanmayaq foto çəkə və ya video lentə ala bilərsiniz.

Choosing a photo to send selecting the Photo and Video Library option in Whatsapp.

Mesaj sahəsində “1” basın. “Şəkil bir dəfə baxışa təyin edildi” bildirişi görəcəksiniz və mesaj sahəsindəki “1” simvolu göy rəngə çevriləcək.

Number 1 appearing as an indicator in the text box when a photo is set to view once before being sent in Whatsapp.

Göndər basın.

How a photo that is set to view once appears with the number 1 appearing next to it in a Whatsapp chat.

Qarşı tərəf fotoşəkli və ya videonu görən kimi çatda Açıldı işarəsi görəcəksiniz.

How a photo that is set to view once appears after viewed in a Whatsapp chat.

Yadda saxlayın ki, “bir dəfə bax” funksiyasından istifadə etmək qarşı tərəfin ekranın şəklini çəkməsinin və ya media fayl açılan zaman onu lentə almasının qarşısını almır. Buna görə də etibar etmədiyiniz şəxslərə məxfi, şəxsi və ya həssas foto və videolar göndərməyin.