Instagramda məxfiliyinizi necə qorumalı

Illustration of a woman holding a shield and a sword up in the air with Instagram logo behind her.

Dizayn cəhətdən, Instagram hesabınız digər sosial şəbəkələrdən daha çox şəxsi məlumat göstərir. Instagramda ilkin məxfilik parametrlərini dəyişmədikcə, xidmət, paylaşdığınız hər bir şeyi mümkün qədər daha çox insana göstərməyə çalışır. Bu səbəbdən hətta bəzi istifadəçilər İnstagram hesablarını bağlayırlar. Yaxşı xəbər isə odur ki, aşağıda göstərilən asan və cəld həll yolları ilə Instagramda məxfiliyinizin idarəetməsini qazanacaqsınız.

Bu təlimat sizi mobil tətbiq vasitəsilə Instagram məxfilik parametrləri ilə tanış edəcək. Bu parametrlərə veb brauzerdən daxil olsanız, bir az fərqli görünə bilər.

1. Hesabınızı qapalı edin

Instagram profilinizi ictimaiyyətə açıq saxlamağınıza ciddi səbəb olmadıqca, tətbiqdə paylaşdığınız şəkil və hekayələri kimlərin gördüyünü idarə etmək yaxşı fikirdir. İlkin olaraq, hər bir Instagram hesabı ictimaiyyətə açıq olur. Bu o deməkdir ki, burada paylaşdığınız hər bir şey dünyada hər kəs tərəfindən – hətta Instagram hesabı olmayan şəxslər tərəfindən belə görülür.

Hesabınızı qapalı edərək fotoşəkil və hekayələrinizi kimin gördüyünü idarə edə bilərsiniz. Bunu edən zaman izləyiciləriniz olmayan şəxslər sizi izləmək sorğusu göndərə bilərlər. Onlar sizin foto və ya hekayələrinizi görməzdən əvvəl, onların sorğusunu təsdiqləməlisiniz.

Instagram hesabınızı qapalı etmək üçün profilinizə keçməkdən ötrü ekranın sağ aşağı küncündəki profil şəklinin üzərindən basın. Burada yuxarı sağ küncdə üç xətli menyunun üzərindən basın və Parametrlər seçin. Məxfilik seçib Məxfi Hesab aktiv edin. Məxfi hesaba keçmək istədiyinizi təsdiqləyin.

Instagram Settings.Switch for enabling Private Account on Instagram.Confirmation to switch to a Private Account on Instagram.

2. Təsdiqlənmiş izləyiciləri idarə edin

Hesabı qapalıya keçirən zaman sizi izləyən hər kəs paylaşdığınız hər şeyi görməyə davam edəcək. Ona görə də yaxşı olardı ki, izləyicilərinizi nəzərdən keçirəsiniz və tanımadığınız və ya şəkil və hekayələrinizi görmələrini istəmədiklərinizi izləyici siyahısından çıxarasınız.

Sizi izləyənlər siyahısına baxmaq üçün profilinizə keçməkdən ötrü ekranın sağ aşağı küncündəki profil şəklinin üzərindən basın. Profil şəklinin yanında İzləyicilər üzərindən basın və paylaşdıqlarınızı görən şəxsləri nəzərdən keçirin. Siyahıdan izləyici çıxarmaq üçün onların profil şəkilləri və adlarının yanında Sil düyməsinə basın.

Removing followers on Instagram with Remove button in the followers list.

3. İnsanların sizin paylaşımlarınızı görmələrini bloklayın

Əgər hesabınızı ictimai saxlamaq istəyirsinizsə, yenə də bəzi şəxslərin paylaşım və hekayələrinizi görmələrini blok edə bilərsiniz. Bu, trollar, təhqiredici və ya uyğun olmayan şərhlər yazan insanlardan qorunmaq üçün əlverişlidir.

Kimisə bloklamaq üçün profilinə keçin. Onların profil səhifəsində, yuxarı sağ küncdə üç nöqtəli menyu üzərindən basın. Açılan menyuda Blokla basın.

Block a user on Instagram.

4. Hekayələrinizi kimin gördüyünə və paylaşdığına nəzarət edin

Həmçinin hekayələrinizi kimin gördüyünü, onlara cavab yazmaq və ya onları paylaşmaq icazəsini də idarə edə bilərsiniz. Instagram, hekayələrinizi fərdi izləyicilərdən gizlətmək və ya onları seçilmiş insan qrupuna görünən etmək imkanı verir.

Hekayələrinizi kimin gördüyünü məhdudlaşdırmaq üçün profilinizə keçməkdən ötrü ekranın sağ aşağı küncündəki profil şəklinin üzərindən basın. Burada yuxarı sağ küncdə üç xətli menyunun üzərindən basın və Parametrlər seçin. Məxfilik və sonra Hekayə seçin.

Story under Privacy settings on Instagram.

Baxmaq sözünün altında, Hekayəni gizlə basmaqla, bəzi şəxslərin hekayələrinizi görməsini bloklaya bilərsiniz. Həmçinin Yaxın Dostlar basmaqla və bu qrupda kimin olmasını istədiyinizi seçməklə, hekayələrinizi görənləri məhdudlaşdıra bilərsiniz.

Choose people to hide Instagram stories and sharing Instagram stories with only Close Friends.

Hekayə menyusu kimin hekayənizə cavab verməsini də məhdudlaşdırmaq imkanı verir. Cavab mesajlarına icazə ver altında, hekayənizi görən hər kəsə, yalnız sizi izləyən insanlara bu icəzəni verə və ya hekayəyə cavabı birdəfəlik məhdudlaşdıra bilərsiniz.

Burada həmçinin insanlara paylaşdığınız şəkilləri öz hekayələrində paylaşmaq və ya hekayələrinizi digərlərinə mesaj şəklində göndərmək icazəsini verməyi də kontrol edə bilərsiniz. Bu idarəetmələri tənzimləmək üçün Paylaşmaq düyməsinə doğru gedin.

Allowing message replies to your Instagram stories and allowing people to share your Instagram story in their stories or messages.

5. Aktivlik statusunu söndürün

Aktivlik statusunuz digər Instagram istifadəçilərinə nə vaxt onlayn olduğunuzu göstərir. Tətbiqdən nə vaxt istifadə etdiyinizdən digərlərinin xəbərinin olmasını istəmirsinizsə, bu funksiyanı söndürə bilərsiniz. Nəzərə alın ki, aktivlik statusunu söndürdükdə siz də izlədiyiniz istifadəçilərin nə vaxt onlayn olduqlarını görməyəcəksiniz.

İnstagramda aktivlik statusunu söndürmək üçün profilinizə keçməkdən ötrü ekranın sağ aşağı küncündəki profil şəklinin üzərindən basın. Burada yuxarı sağ küncdə üç xətli menyunun üzərindən basın və Parametrlər seçin. Məxfilik seçin və aşağı sürüşdürüb Aktivlik Statusu üzərindən basın. Aktivlik Statusunu göstər söndürün.

Instagram Settings.Activity Status under Privacy settings on Instagram.Show activity status switch on Instagram.

6. Paylaşımlarınıza yazılan şərhlərə nəzarət edin

İnstagram paylaşımlarınıza yazılan şərhlər məxfiliyinizi çox zaman təhlükəyə atmasa da, digərlərinin görməsini istəmədiyiniz şəxsi detalları ifşa edə bilər. Şərhlərin idarəedilməsi təhqiredici və ya münasib olmayan şərhləri təmizləməklə, İnstagram təcrübəsini daha əyləncəli etməyinizi təmin edir.

Paylaşımlarınıza şərh yazılmasını məhdudlaşdırmaq üçün profilinizə keçməkdən ötrü ekranın sağ aşağı küncündəki profil şəklinin üzərindən basın. Burada yuxarı sağ küncdə üç xətli menyunun üzərindən basın və Parametrlər seçin. Məxfilik və sonra isə Şərhlər seçin.

Comments under Privacy settings on Instagram.

Burada, İdarəetmələr altında kimin paylaşımlarınıza şərh yaza biləcəyini seçə və ya müəyyən izləyiciləri şərh yazmaqdan bloklaya bilərsiniz.

Həmçinin Instagrama təhqir xarakterli və ya uyğunsuz şərhləri post və hekayələrinizdən gizlətməsini tapşıra bilərsiniz, bunun üçün FiltrlərTəhqir xarakterli şərhləri gizlə funksiyasını aktiv edin.

Hiding offensive comments on Instagram.

7. Etiketləməni söndürün

Instagramda digər şəxslər paylaşımlarına sizi etiketləyərsə, bu, sizin məxfiliyinizi təhlükəyə ata bilər. Odur ki, Instagramda kimin sizi etiketləyə bilməsini məhdudlaşdırmaq və etiketlənmiş şəkillər sizin profilinzdə görünməzdən öncə onları yoxlamaq yaxşı fikirdir.

Bunu etmək üçün profilinizə keçməkdən ötrü ekranın sağ aşağı küncündəki profil şəklinin üzərindən basın. Burada yuxarı sağ küncdə üç xətli menyunun üzərindən basın və Parametrlər seçin. Məxfilik və sonra isə Paylaşımlar seçin.

Posts under Privacy settings on Instagram.

Burada Etiketləməyə İcazə ver altında kimin bunu edə biləcəyini seçin. Sonra aşağı sürüşdürüb Etiketləri manual təsdiqlə basın və bu funksiyanı aktiv edin.

Allowing Tags From Instagram options and enabling manually approving tags.Turn on manually approving tags on Instagram.

8. Post və hekayələrinizi yaddaşda saxlamayın

Instagram istifadəçilərə bütün fotoşəkil və videoları yaddaşda saxlamaq imkanı verir. Instagramın bunu etməsini istəməyə bilərsiniz, xüsusilə də müəyyən vaxtdan sonra yox olan hekayələri.

Instagramın paylaşdığınız fotoşəkillərinizi cihazınızın yaddaşında saxlamasını dayandırmaq üçün profilinizə keçməkdən ötrü ekranın sağ aşağı küncündəki profil şəklinin üzərindən basın. Burada yuxarı sağ küncdə üç xətli menyunun üzərindən basın və Parametrlər seçin. Hesab və sonra Orijinal Fotolar üzərinə basın. Orijinal Fotoları yaddaşda saxla seçimini söndürün.

Accessing Account in the Instagram Settings.Switch for saving original photos on Instagram.

Instagramın hekayələrinizi və ya canlı videolarınızı yaddaşda saxlamasını dayandırmaq üçün profilə keçməkdən ötrü ekranın aşağı sağ küncündə profil şəklinin üzərinə basın. Burada yuxarı sağ küncdə üç xətli menyunun üzərinə basın və Parametrlər seçin. Məxfilik və sonra Hekayə seçin. İndi bütün üç seçimi söndürün (Hekayəni Kamera rollda saxla, Hekayəni Arxivdə saxla, və Canlını Arxivdə saxla).

Accessing Privacy in the Instagram Settings.Switch for saving Instagram stories to Camera Roll.Switch for saving live video to archive on Instagram.