Telegram-da necə təhlükəsiz danışmaq olar

An illustration of a woman using her phone with the Signal logo next to the phone.

Əksər ölkələrdə populyarlığına baxmayaraq, mesajlaşma tətbiqi olan Telegram bir çox istifadəçilərin düşündüyü kimi təhlükəsiz deyil. Yeni başlayanlar üçün adi Telegram çatları başdan sona şifrələnməyib. Tətbiq iki insana başdan sona şifrələnən çatlaşma imkanı təklif etsə də, bu seçim ilkin olaraq təyin edilmir. Həmçinin qrup çatlarına da bu tətbiq edilmir. Telegram-ın həmçinin bütün istifadəçilərinin kontaktlarına girişi də var, onların IP ünvanları və cihazları haqqında detallar da daxil olmaqla, media məlumatlarını toplayır. Və ən nəhayət, Telegram-da qrup çatları və kanalları etibarlı deyil.

Bütün bu risklərə baxmayaraq, Telegram-da qalmağı seçirsinizsə, tətbiqdə kiməsə mesaj yazmağın ən təhlükəsiz yolu Gizli Çatdan istifadə etmək və mesajları oxunduqdan dərhal sonra özüsilmə funksiyasına qoymaqdır.

Gizli Çatlardan istifadə edin

Telegramda mesajları qorumağın ən yaxşı yolu başdan sona şifrələnən təkbətək Gizli Çatlardan istifadə etməkdir. Yuxarıda qeyd edildiyi kimi, Gizli Çatlar Telegramda ilkin çat seçimi deyil.

Gizli Çata başlamaq üçün danışmaq istədiyiniz kontaktı seçin və başlıq sətrində onun istifadəçi şəklinə vuraraq profilini açın.

Choosing a user on Telegram for additional chat features.

İstifadəçi adının yanındakı üç nöqtəli simvolu basın və aşağı açılan menyuda Gizli Çata başla seçin.

Starting a secret chat with a friend on Telegram.

Start basmaqla seçiminizi təsdiqləyin. Gizli Çata başladıqdan sonra çatın başlığında istifadəçi adının yanında qıfıl işarəsi görəcəksiniz.

Confirm to start a secret chat on Telegram.

Özünü silən taymeri qurun

Gizli çatda oxunduqdan sonra mesajların özü-özünə silinməsi üçün bu funksiyanı istifadə etmək istədiyiniz çatı açın. İnstagramda Gizli Çatı adi çatlardan fərqləndirən cəhət istifadəçi adının yaşıl olması və onun yanında yaşıl rəngdə qıfıl simvoludur. Cizli çatı açan kimi saat simvoluna basın (iOS-larda Mesaj yeri və ya Androidlərdə yuxarı zolaq).

Accessing the self-destruct timer on Telegram.

İstədiyiniz vaxt limitini seçin (bir saniyədən bir həftəyə qədər). Mesaj sahəsində Gizli Çat üçün təyin edilmiş vaxt limitini görəcəksiniz.
Setting the self-destruct time on Telegram.

Mesaj, qəbul edənin ekranında görünən an özü silən taymer işə başlayır (mesajın altında iki “çatdı” işarəsi görəcəksiniz). Vaxt bitəndə mesajlar hər iki cihazda silinəcək.

Nəzərə alın ki, Gizli Çatda özü silən taymer ondan əvvəl göndərilən mesajlara təsir etməyəcək.

Ekran görüntüləri ilə diqqətli olun

Telegram ekran görüntülərini aşkarlamağa və ekran görüntüləri çəkilən zaman Gizli Çat istifadəçilərinə bildiriş göndərməyə çalışır.

Screenshot detection and notification on Telegram.

Təəssüf ki, bu funksiya bəzi Android cihazlarında həmişə işləmir. Həmçinin siz heç vaxt mesajlaşdığınız tərəfin digər cihazla ekranın şəklini çəkib çəkmədiyini də bilə bilməzsiniz. Ona görə də tam etibar etmədiyiniz şəxsə məxfi, özəl və ya həssas mesaj göndərməyin.